ABŞ-ın Belarus lideri ilə münasibətlərinin istiləşməsi və Lukaşenko rejiminə qarşı sanksiyalarının yumşaldılması fonunda Avropa Birliyi Belarusa qarşı tədbirləri sərtləşdirməyi planlaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə DV nəşri məlumat yayıb.
AB-nin Rusiyaya qarşı yeni, 20-ci sanksiyalar paketini hazırlamağa başladığı bildirilir. Cümə günü Litvanın maliyyə naziri Kristupas Vaitiekunas və Avropanın maliyyə xidmətləri üzrə komissarı Maria Luis Albuquerque görüşdə məsələni müzakirə ediblər.
Litvalı siyasətçi qeyd edib ki, Avropa təkcə Kremlə deyil, həm də Belarusdakı müttəfiqinə təzyiqi artırmalıdır, xüsusən də Lukaşenko rejiminin qonşularına qarşı başladığı müntəzəm hibrid hücumları nəzərə alsaq.
Bakı 



