• Bakı 10° C

    12.89 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Hindistan XİN: nefti bazar və tələb əsasında alırıq

DÜNYA

08 Dekabr 2025 | 17:59

Hindistan XİN: nefti bazar və tələb əsasında alırıq

Hindistan öz milli maraqlarına və qlobal neft bazarındakı vəziyyətə əsaslanaraq enerji alır. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caisval brifinqdə Hindistan hökumətinin Rusiyadan neft idxalını dayandırmağı planlaşdırıb-planlaşdırmadığı ilə bağlı sualı cavablandırarkən deyib.

"Biz ardıcıl olaraq dəfələrlə açıqladığımız siyasətə sadiqik. Enerji təchizatı qlobal bazar dinamikasından, eləcə də 1,4 milyard insanı sərfəli enerji ilə təmin etmək ehtiyacından asılıdır", - o deyib.

Diplomat əlavə edib ki, Hindistanın özəl şirkətləri neft tədarükü ilə bağlı qərarları kommersiya təklifləri əsasında qəbul edirlər. Bu da qlobal neft bazarının dinamikasından asılıdır.


SON XƏBƏRLƏR