• Bakı C

    7.42 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Ərdoğan Maduro ilə bağlı deyilənləri təkzib etdi

DÜNYA

07 Yanvar 2026 | 17:23

Ərdoğan Maduro ilə bağlı deyilənləri təkzib etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Venesuelanın prezidenti Nikolas Maduronun istefa verib Türkiyəyə gəlməsi təklifi ilə bağlı iddiaları təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə lideri partiyasının bugünkü iclasından sonra bu mövzu ətrafında jurnalistin müvafiq sualını cavablandırıb.

R.T. Ərdoğan "Maduroya Türkiyəyə getməsi təklif edilib" iddiası ilə bağlı suala "Bizə belə bir məlumat daxil olmayıb" cavabını verib.

Xatırladaq ki, ABŞ rəsmiləri Maduroya istefa vermək və Türkiyəyə getmək imkanının təklif edildiyini, lakin onun bundan imtina etdiyini bildirmişdilər.


SON XƏBƏRLƏR