Ukrayna ordusu hər gün 100-200 “Şahed” tipli hücum PUA-sı ilə üz-üzə qalır və hava hücumundan müdafiə qüvvələri bunların təxminən 70%-ni məhv etməyə nail olur.
Bakıvaxtı.az "Ukrinform"a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski brifinqdə məlumat verib.
Onun sözlərinə görə, əlverişli hava şəraitində aviasiya, helikopterlər və tutucu dronlar prosesi daha da effektiv edir, paralel olaraq zenit-raket qoşunları ilə bağlı yeni təşkilati tədbirlər görülür.
Sırski əlavə edib ki, tərəfdaşlarla zenit-raket sistemləri və raket tədarükü üçün əməkdaşlıq intensiv şəkildə davam etdirilir.
Əli Hüseynov
Bakı 




