ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 9-da Ermənistana birgünlük səfər edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Səfər çərçivəsində ABŞ-nin vitse-prezidentinin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü keçiriləcək.
Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Milan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak etdikdən sonra Ermənistan və Azərbaycana səfər edəcəyinə dair xəbərlər yayılıb.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp vitse-prezidentə Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi davam etdirməyi tapşırıb.
Bakı 




