q
  • Bakı 12° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

İrandan Azərbaycan sərhədi ilə indiyədək 1873 nəfər təxliyə edilib - YENİLƏNİB

DÜNYA

08 Mart 2026 | 12:58

İrandan Azərbaycan sərhədi ilə indiyədək 1873 nəfər təxliyə edilib - YENİLƏNİB

Fevralın 28-i saat 08:00-dan martın 8-i saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 1873 nəfər təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, təxliyə olunanların 309-u Azərbaycan vətəndaşıdır.

    Bundan başqa, 529 Çin, 282 Rusiya, 173 Tacikistan, 123 Pakistan, 57 Oman, 44 İtaliya, 32 İndoneziya, 26 İspaniya, 25 İran, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Fransa, 14 Almaniya, 13 Gürcüstan, 12 Özbəkistan, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 5 Nigeriya, 8 Braziliya, 8 Böyük Britaniya, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 6 Kanada, 5 Serbiya, 5 Əfqanıstan, 5 Qazaxıstan, 5 Çexiya, 5 İsveçrə, 5 Avstraliya, 4 Bəhreyn, 4 İordaniya, 4 Şri-Lanka, 4 Ukrayna, 4 Türkiyə, 4 Macarıstan, 4 Belçika, 4 Küveyt, 3 Filippin, 3 Qətər, 3 Meksika, 3 Finlandiya, 3 Xorvatiya, 3 Rumıniya, 3 Banqladeş, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Qırğızıstan, 2 Sudan, 2 Hindistan, 2 Kipr vətəndaşı, eyni zamanda, Polşa, Tunis, Cənubi Afrika, Maldiv adaları, Myanma, Kuba, İsveç Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir və ABŞ-dan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib.
     

    ***
    01:11

    Gecə saatlarında Astara dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi davam edir.

    Bakıvaxtı.az xəbər verir ki, bu dəqiqələrdə 13 nəfər Almaniya və 6 nəfər İspaniya diplomatik nümayəndəsi İran ərazisindən Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.

    Bundan əlavə, 3 nəfər Azərbaycan, 3 nəfər Nigeriya, 2 nəfər İran və 1 nəfər Banqladeş vətəndaşının da təhlükəsiz şəkildə Azərbaycan tərəfinə keçidi təmin edilib.


    SON XƏBƏRLƏR

    16 Aprel 2026