Meksikanın Gerero ştatı ərazisində dağ yollarından birində yeddi nəfərin qalıqları tapılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Hadisə Tlalpa–Olinala magistralında qeydə alınıb. Şahidlərin sözlərinə görə, yolda silahlı şəxslərin olduğu avtomobil dayanıb, daha sonra onlar qalıqları düşürərək hadisə yerini sürətlə tərk ediblər.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları bədən fraqmentləri, eləcə də onların daşınması üçün istifadə edildiyi ehtimal olunan plastik konteynerlər və metal qablar aşkar ediblər.
Gerero ştatı ölkənin ən gərgin bölgələrindən biri hesab olunur. Burada uzun müddətdir yüksək cinayət səviyyəsi qalmaqdadır və çoxsaylı silahlı qruplaşmalar fəaliyyət göstərir. Bu şəraitdə yerli sakinlər tez-tez təhdid və zorakılıq halları ilə üzləşirlər.
Hadisə ilə bağlı araşdırma başlanılıb, bütün hallar və həyatını itirən şəxslərin kimliyi müəyyənləşdirilir./Lent.az
Bakı 




