ABŞ Hərbi Dəniz Qüvvələrinin qırıcı təyyarəsi İranın M/T Hasna tankerinə atəş açaraq onu sıradan çıxarıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial mediada məlumat yayıb.
Agentliyin məlumatına görə, hadisə Oman körfəzində baş verib. Əvvəlcə ABŞ qüvvələri beynəlxalq sulardan İran bayrağı altında üzən tankeri izləyib. ABŞ qüvvələri iddialara görə, gəmiyə ABŞ blokadasını pozduğu barədə dəfələrlə xəbərdarlıq edib, lakin tanker cavab verməyib. Daha sonra USS Abraham Lincoln təyyarədaşıyan gəmisindən F/A-18 Super Hornet qırıcı təyyarəsi havaya qaldırılıb və bir neçə 20 mm-lik top atəşi açılıb və "tankerin sükanı sıradan çıxarılıb".
Bəyanatda əlavə edilib ki, "Hasna artıq İrana doğru getmir".
CENTCOM qeyd edib ki, ABŞ İran limanlarına girməyə və ya çıxmağa çalışan gəmiləri blokada etməyə davam edir.
Bakı 




