• Bakı 15° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiya Ukraynada avtobusu vurdu: ölən və yaralananlar var

DÜNYA

07 Aprel 2026 | 10:49

Rusiya Ukraynada avtobusu vurdu: ölən və yaralananlar var

Aprelin 7-də səhər saatlarında Rusiya ordusu Nikopolda avtobusa zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram”da bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər ölüb və 12 nəfər yaralanıb.

Administrasiya rəhbəri Rusiya ordusunun FPV dronu ilə Nikopolun mərkəzində avtobusa zərbə endirdiyini qeyd edib.

Qanja vurğulayıb ki, hadisə avtobus dayanacağa yaxınlaşarkən baş verib, həm salonda, həm də dayanacaqda insanlar olub: “Bu, təsadüfi bir zərbə deyildi. Bu, sadəcə öz işləri ilə məşğul olan mülki şəxslərə qarşı şüurlu bir terrordur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR