• Bakı C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Yəmən ordusu paytaxtın mərkəzini azad etdi

DÜNYA

07 Yanvar 2026 | 15:56

Yəmən ordusu paytaxtın mərkəzini azad etdi

Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin “Əl-Əməlik” Briqadasının bölmələri müvəqqəti paytaxt Ədənin mərkəzinə daxil olaraq əsas hökumət obyektlərini geri alıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Asharq News” təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

“Əl-Əməlik” Briqadası “Cənub Keçid Şurası”nın (CKŞ) separatçı qüvvələri mövqelərini tərk etdikdən sonra prezident sarayı və Ədən Beynəlxalq Hava Limanı üzərində nəzarəti təmin edib.

Bundan əlavə, cənub-qərb əyalətlərinə cavabdeh olan 4-cü Hərbi Bölgənin Komandanlığı CKŞ-nin qərargahları və şəhərin bir neçə rayonundakı obyektləri nəzarətə götürüb.

Hazırda Ədəndəki əsas obyektlər və nəzarət məntəqələri hələ də “Əl-Əməlik”in nəzarəti altındadır.


SON XƏBƏRLƏR