Almaniya hakimiyyəti NATO-nun gizli OPLAN DEU planının bir hissəsi olaraq, Belarus sərhədindən təxminən 30 kilometr aralıda, Litvanın Rudninkay şəhəri yaxınlığında 5000-dən çox alman əsgəri, eləcə də 105 ədəd "Leopard 2A8" tankı yerləşdirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The National Interest" məlumat yayıb.
Nəşr qeyd edir ki, bu, Berlinin İkinci Dünya Müharibəsindən bəri xaricdə daimi qüvvələrini yerləşdirdiyi ilk haldır.
Zeynəb Rzayeva
Bakı 




