"ABŞ administrasiyası düşünür ki, hazırkı İran hakimiyyəti artıq ölkəni idarə edə bilmədiyi təqdirdə İranda müvəqqəti hökumət qurulsun".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The National" qəzeti mənbələrə istinadən məlumat yayıb.
"ABŞ-nin hazırkı İran rejiminə alternativ tapmaq səyləri ilə tanış olan bir mənbə qəzetə bildirib ki, prezidentin kürəkəni Cared Kuşner də prosesdə iştirakı edir. O, rejimin süqutu halında İranı idarə etməyə kömək edəcək keçid strukturunun formalaşdırılması ilə bağlı məsləhət vermək üçün bir qrup İran-Amerika biznes liderlərinin toplanmasına kömək edir", - qəzet qeyd edib.
Mənbənin məlumatına görə, ABŞ administrasiyası İran müxalifətinin nümayəndələrini Florida ştatının Palm Biç şəhərində toplamaq istəyir. Görüş bu həftə sonu baş tuta bilər, lakin tədbirin logistikası mürəkkəbdir. Müxalifət nümayəndələrinin ərazidə yerləşən prezident iqamətgahı olan Mar-a-Laqoya, yoxsa yaxınlıqdakı başqa bir yerə dəvət olunacağı da məlum deyil.
Ağ Ev bu məlumatı şərh etməkdən imtina edib.
Əli Hüseynov
Bakı 




