Suriya ordusu Hələbdə SDF terror təşkilatına qarşı məhdud hərbi əməliyyat başlayacağını açıqlayıb.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, əməliyyatın məqsədi pilotsuz təyyarə hücumlarının qarşısını almaq, təhlükəsizliyi təmin etmək və Hələb-Əzəz yolunu açmaqdır.
Qeyd edək ki, Suriya ordusu mülki şəxslərə təxliyə üçün əlavə vaxt verib, lakin SDF humanitar dəhlizə çıxışa mane olub.
SDF hücumları nəticəsində son 30 gündə 20 mülki şəxs və 25 əsgər həyatını itirib.
Əli Hüseynov
Bakı 




