ABŞ hərbçiləri Rusiyaya məxsus “Mariner” neft tankerini ələ keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, tanker ələ keçirilərkən Rusiya hərbi gəmiləri və sualtı qayıqları yaxınlıqda olub, lakin heç bir tədbir görməyib.
Qeyd edək ki, Rusiyanın ABŞ tərəfindən təqib edilən neft tankerini müşayiət etmək üçün hərbi gəmi göndərdiyi barədə məlumat yayılmışdı.
***
16:47
ABŞ ordusu "Mariner" tankerinin saxlanılması üçün hava əməliyyatına başlayıb.
Bakıvaxtı.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən tanker Rusiya bayrağı altında üzür.
Bakı 




