• Bakı 17° C

    0.73 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Rusiyada minik və yük avtomobilləri toqquşub: altı nəfər ölüb

DÜNYA

09 Noyabr 2025 | 09:07

Rusiyada minik və yük avtomobilləri toqquşub: altı nəfər ölüb

Bazar günü səhər saatlarında Rusiyanın Novosibirsk vilayətinin Bolotninski rayonunda, R-255 "Sibir" şosesində VAZ-21099 markalı avtomobillə "Volvo" markalı yük maşını toqquşub.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə barədə Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Region üzrə Mətbuat xidməti xəbər yayıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri - iki kişi, bir qadın və üç uşaq ölüb. Yük maşınının sürücüsü xəsarət almayıb.

İlkin məlumatlara görə, qəzaya minik avtomobilinin əks zolağa keçməsi səbəb olub.

Hadisə yerində Dövlət Avtomobil Müfəttişliyinin əməkdaşları və istintaq qrupu işləyir. Qəzanın səbəbi araşdırılır.

 

 


SON XƏBƏRLƏR

08 Noyabr 2025