• Bakı 10° C

    8.57 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Tailand: Kamboca ilə döyüşlərdə 29 əsgər yaralanıb

DÜNYA

09 Dekabr 2025 | 09:00

Tailand: Kamboca ilə döyüşlərdə 29 əsgər yaralanıb

"Kamboca əsgərləri ilə toqquşmalarda yaralanan Tailand hərbçilərinin sayı 8-dən 29-a yüksəlib".

Bakıvaxtı.az xəbər verir ki, bunu Tailand Silahlı Qüvvələrinin sözçüsü Surasan Khongsiri brifinqdə deyib.

"Toqquşmalar zamanı 1 Tailand əsgəri həlak olub, 29-u yaralanıb", - Khongsiri qeyd edib.

Xatırladaq ki, dekabrın 8-də Tailand Kral Ordusu bildirmişdi ki, Kamboca qüvvələri yerli vaxtla səhər saat 5:00-da (Bakı vaxtı ilə saat 2:00) sərhəd bölgəsindəki Tailand mövqelərini atəşə tutmağa başlayıb. Tailand Hərbi Hava Qüvvələri buna cavab olaraq Kambocanın hərbi infrastrukturuna hücum edib. Tailand Ordusunun İkinci Bölgəsi həmçinin bildirib ki, Kamboca bazar ertəsi və çərşənbə axşamı Tailand ərazisini BM-21 sistemləri və dronlar ilə atəşə tutub. Tailand qüvvələri əsas ərazilərə nəzarəti ələ keçirmək və düşmənə zərbə vurmaq üçün cavab atəşi açıb. 


SON XƏBƏRLƏR

08 Dekabr 2025