Venesuela yalnız ABŞ-nin Karakasla bağladığı müqavilə çərçivəsində satdığı neftdən əldə etdiyi gəlirlə Amerika məhsullarını alacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkəsində bildirib.
O qeyd edib:
"Mənə yeni məlumat verildi ki, Venesuela yeni neft müqaviləmizdən əldə edilən pulla yalnız ABŞ-də istehsal olunan məhsulları alacaq. Bu məhsullara Amerika kənd təsərrüfatı məhsulları, Amerika dərmanları, tibbi avadanlıqlar, elektrik şəbəkəsi və enerji infrastrukturunu təkmilləşdirmək üçün materiallar daxil olacaq".
D.Tramp müvəqqəti Venesuela rəsmilərinin ABŞ-yə 30 ilə 50 milyon barelə qədər neft təhvil verəcəyinə zəmanət verərək, əlavə edib: "Bu neft bazar qiymətləri ilə satılacaq və pul mənim tərəfimdən idarə olunacaq".
Aydın Baxış
Bakı 




