• Bakı 11° C

    10.39 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Rusiyanın hava hücumu: Ukrayna qaranlığa "bürünüb" - FOTO

DÜNYA

08 Yanvar 2026 | 08:23

Rusiyanın hava hücumu: Ukrayna qaranlığa bürünüb - FOTO

Ukraynanın şərq və mərkəzi hissəsində yerləşən Dnepropetrovsk və Zaporojye bölgələri Rusiyanın zərbələri səbəbindən elektrik enerjisiz qalıb.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, Rusiya bir neçə bölgənin enerji infrastrukturuna qarşı kütləvi dron hücumu həyata keçirib.

Nəticədə Dnepropetrovsk və Zaporojye bölgələrində, o cümlədən regional mərkəzlərdə istehlakçıların əksəriyyəti elektrik enerjisindən məhrum olub .

Dnepropetrovsk qubernatoru Vladislav Hayvanenko "Telegram"da "vəziyyətin çətin olduğunu bildirib:

"Düşmənin hücumundan sonra bölgənin əksər hissəsini elektrik enerjisi ilə təmin edən vacib infrastruktur zədələnib".

Zaporojye qubernatoru İvan Fedorov saat 23:10 radələrində "Telegram"da əsas obyektlərdə elektrik enerjisinin bərpası istiqamətində ciddi işlərin aparıldığını bildirib:

"Əsasən vacib infrastrukturda elektrik enerjisinin bərpası üçün işlər davam edir. Bütün istehlakçılara elektrik enerjisinin mümkün qədər tez bərpa edilməsi üçün yorulmadan çalışırıq".

2022-ci ildə Ukraynaya işğalının başlanğıcından bəri Rusiya Ukraynanın elektrik infrastrukturunu dronlar və raketlərlə amansızcasına bombalayıb. Lakin son aylarda temperaturun mənfiyə düşməsi ilə hücumlar daha da güclənib.

Aydın Baxış


SON XƏBƏRLƏR

08 Yanvar 2026