Amerika prezidenti Donald Tramp ABŞ-da başladılan ticarət müharibəsindən ağır zərbə alan Amerika fermerlərinə dəstək üçün 12 milyard dollarlıq yardım paketi açıqlayıb.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə D. Tramp, Ağ Evdə Maliyyə Naziri Skot Besent və Kənd Təsərrüfatı Naziri Bruke Rolinslə birgə keçirilən müzakirə zamanı bildirib?
"Biz tariflər vasitəsilə aldığımız yüz milyardlarla dolların kiçik bir hissəsini fermerlərimizə iqtisadi dəstək üçün verəcəyik”.
Amerikalı milyarder üçün mühüm siyasi baza olan bir çox amerikalı fermer onun proteksionist siyasəti nəticəsində Çinin Amerikadan soya paxlasını idxalını azaltmasından ziyan çəkib. Bu, Amerikanın yeni tariflərinə cavab olaraq Pekin tərəfindən verilən cavab tədbiridir.
Ağ Evin mətbuat katibinin müavini Anna Kellinin “AFP”yə verdiyi açıqlamada, bildirib ki, bu addım Amerika fermerlərinin pul axınını gücləndirməklə, onlara yeni bazarların açılması və maliyyə təhlükəsizliyini yaxşılaşdırmağa imkan vermək məqsədi daşıyır:
“Planın əsas hissəsi - 12 milyard dolların 11 milyard dolları məhsul yetişdirən fermerlərə birdəfəlik ödəniləcək. Bu, həm də onlara növbəti il üçün əkinlərini maliyyələşdirməyə imkan verəcək”.
Aydın Baxış
Bakı 



