ABŞ saxlanılan "Marinera" gəmisindən rusların vətənlərinə tez bir zamanda qayıtmasına mane olmamalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib.
"Ekipaj arasında Rusiya vətəndaşlarının olması ilə bağlı daxil olan məlumatları nəzərə alaraq, Amerika tərəfindən onlara insani və ləyaqətli münasibət göstərilməsini, hüquq və mənafelərinə ciddi şəkildə hörmət edilməsini və vətənlərinə tez qayıtmalarına mane olmamasını tələb edirik".
Rusiya XİN bildirib ki, ABŞ hərbçilərinin Şimali Atlantikada Rusiya bayrağı altında üzən “Marinera” gəmisini ələ keçirməsi ilə bağlı məlumatlar diqqətlə izlənilir.
Qeyd edək ki, ABŞ bu gün Rusiyanın "Marinera" adlı tankerini ələ keçirib.
Bakı 




