• Bakı C

    5.76 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Bu ölkədə dəvələrin də pasportu olacaq

DÜNYA

06 Fevral 2026 | 17:59

Bu ölkədə dəvələrin də pasportu olacaq

Səudiyyə Ərəbistanı hakimiyyəti yerli sakinlərə məxsus dəvələr üçün rəsmi pasportların verilməsinə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə krallığın Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, təşəbbüs heyvandarlıq sənayesinin səmərəliliyini artırmaq və dəvələr üzrə vahid məlumat bazası yaratmaq məqsədi daşıyır. Pasportlar nazir müavini tərəfindən təqdim olunub.

Dəvə pasportu heyvan haqqında ətraflı məlumatları, o cümlədən cinsi və sahibinə dair təfərrüatları əks etdirən rəsmi sənəd olacaq. Sənəddə həmçinin hər bir dəvə üçün dəqiq sağlamlıq tarixçəsinin formalaşdırılmasına imkan verən peyvənd məlumatları da yer alacaq.

Nazirlik qeyd edir ki, dəvələrin sənədləşdirilməsi mülkiyyət hüququnun təsdiqini sadələşdirəcək və fermerlər üçün seçim və idarəetmə prosesini daha səmərəli edəcək./Milli.Az


SON XƏBƏRLƏR