Rusiya Britaniya və Fransa qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsini münaqişənin sülh yolu ilə həllinin bir hissəsi kimi tamamilə qəbuledilməz hesab edir və belə bir addımla razılaşmayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiyanın Londondakı səfiri Andrey Kelin deyib.
"NATO Baş katibi Mark Rutte bu barədə çox yaxınlarda Ali Radada danışdı, sanki artıq razılaşdırılıb. Bizim belə bir razılığımız olmayacaq", - səfir qeyd edib.
Bakı 




