• Bakı 19° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Daha bir ölkə Azərbaycanla həmrəy olduğunu bildirdi

DÜNYA

08 Mart 2026 | 18:37 | Müəllif: Subhan Mahmudov

Daha bir ölkə Azərbaycanla həmrəy olduğunu bildirdi

Almaniyanın Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana dron hücumunu kəskin şəkildə pisləyib və Azərbaycana həmrəylik ifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, nazirliyin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Niklas Vaqnerin X platformasında Almaniya XİN adından paylaşdığı məlumatda bildirilib:

“İranın Naxçıvana dron hücumlarını ən sərt şəkildə pisləyir, Azərbaycanla və hadisədən zərər çəkənlərlə tam həmrəy olduğumuzu bildiririk. Vəziyyəti və sonrakı prosesləri yaxından izləməkdə davam edirik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026