Türkiyənin məşhur müğənnisu Mustafa Sandalın keçmiş həyat yoldaşı Emina Yahoviç İstanbul Ailə Məhkəməsinə şikayət ərizəsi ilə müraciət rdib.
Bakıvaxtı.az Türkiyənin "Sabah" qəzetinə istinadla xəbər verir ki, o, məhkəməyə verdiyi vəsatətdə Mustafa Sandalın aliment ödəmələrinə laqeyd yanaşdığını və avtomobil icarəyə götürmək öhdəliyini heç vaxt yerinə yetirmədiyini bildirib.
Qeyd edək ki, Mustafa Sandal və Emina Yahoviç 2018-ci ildə qarşılıqlı razılıq əsasında boşanıb və ikisi arasında imzalanan protokola əsasən, uşaqların qəyyumluğu anaya verilib. Protokola əsasən cütlüyün Beykozdakı evi satılacaq, əldə edilən gəlirdən 2 milyon dollar Yahoviçə ödəniləcək və 500 min dollar isə uşaqların təhsil xərclərinə sərf olunacaq.
Həmçinin razılaşdırılıb ki, Sandal keçmiş arvadı üçün Serbiyada iqamətgah alsın, müntəzəm aliment ödənişləri etsin və lazım olduqda Yahoviç və uşaqlar üçün avtomobil icarəyə götürmək öhdəliyini yerinə yetirsin.
Murad Məmmədli
Bakı 



