ABŞ Prezidenti Donald Tramp Meksikanın su təchizatı ilə bağlı müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün bu ölkəyə qarşı 5 faiz rüsum tətbiq edəcəyini bəyan edib.
Bakıvaxtı.az xəbər verir ki, Ağ Ev sahibi bunu "Truth Social" hesabında yazıb.
Onun sözlərinə görə, hazırda Meksika ABŞ-nin sorğularına cavab vermir və bu, suya ciddi ehtiyacı olan amerikalı fermerlər üçün ədalətsizlikdir:
"Buna görə də əgər su dərhal təmin olunmasa, Meksikaya 5 faizlik tarif tətbiq etməyə imkan verən sənədləri hazırlamışam",
"The Washington Post" daha əvvəl yazmışdı ki, Meksika özünün də quraqlıqla üzləşdiyi üçün uzun illərdir müqavilə şərtlərini pozaraq ABŞ-yə su tədarükünə müqavimət göstərir.
Qeyd edək ki, 1944-cü il müqaviləsinə əsasən, Meksika hər beş ildən bir ABŞ-yə Rio-Qrande hövzəsindən təxminən 2,2 milyard kubmetr su ötürməli, ABŞ isə bunun əvəzində Kolorado çayından 1,8 milyard kubmetr suyu Meksikaya yönəltməli idi.
Bakı 



