• Bakı 10° C

    11.04 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Ərdoğan dedi ki, yeni dövr başlayır - Orban

DÜNYA

09 Dekabr 2025 | 00:26

Ərdoğan dedi ki, yeni dövr başlayır - Orban

Macarıstanı əhatə edən dünyaya baxdığımda güclənən tərəf kimi Türk dünyasını görürəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Son yüz ildə Macarıstanın Türk dünyası ilə əlaqələrinin zəiflədiyini bildirən Orban 2010-cu ildən sonra Ərdoğanın tarixi pəncərəni açdığını vurğulayıb:

"Ərdoğan dedi ki, yeni dövr başlayır. Başqa bir dünya olacaq və Türk dünyası çox böyük enerji toplayacaq. Türk əsri adlandırılan böyük bir planın olduğunu gördüm".

Orban Ərdoğanın Macarıstanı Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv kimi dəvət etdiyini xatırladaraq, o vaxtdan bəri Türkiyə-Macarıstan əməkdaşlığını və Türk dünyası ilə qarşılıqlı əlaqələri daim inkişaf etdirdiklərini qeyd edib:

"Macarıstanı əhatə edən dünyaya baxdığımda, həqiqətən çalışan, irəli çıxan və güclənən tərəf kimi Türk dünyasını görürəm. Bu fürsəti dəyərləndirmək istəyirik. Macarıstan Qərbdə german, slavyan və latın dünyaları arasında tək qaldı. Biz heç birinə mənsub olmayan xalqıq, millətik. Türk dünyası ilə münasibətlərimiz bizim üçün çox vacibdir. Həmişə belə olub"./Oxu.az


SON XƏBƏRLƏR

08 Dekabr 2025