• Bakı 16° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Hərbi paraddan - CANLI YAYIM - YENİLƏNİB

SİYASƏT

08 Noyabr 2025 | 15:05

Hərbi paraddan - CANLI YAYIM - YENİLƏNİB

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda hərbi aviasiyanın nümunəvi çıxışları başlayıb.

***

14:50

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda hərbi texnikanın keçidi başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, ilk olaraq xüsusi təyinatlı avtomobil texnikası və silah sistemləri kalonu Azadlıq meydanına daxil olub.

Kolona Vətən uğrunda medalı ilə təltif olunmuş general-mayor Eldəniz Yəhyayev başçılıq edir.

***

14:33

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.

    Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib.

    Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.

    Dövlətimizin başçısı paradda çıxış edib.

    Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

    Daha sonra Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış edib.

    Dövlət başçılarının çıxışlarından sonra Hərbi parad başlayıb.

    Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edir.

    Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağının ardınca Azərbaycan Ordusunun və hərbi əməliyyatlarda xüsusilə fərqlənən birləşmələrin Döyüş bayraqları Azadlıq meydanına gətirildi.

    ***

    14:05

    Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.

    Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.

      Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib.

      Ümummili Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

      Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.

      Dövlətimizin başçısı paradda çıxış edib.

      Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

      Hazırda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış edir.

      ***

      13:31

      Bakının Azadlıq meydanında noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir.

      Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.

      Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib.

      Ümummili Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

      Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.

      Dövlət başçısı paradda çıxış edir.

      ***

      12:44

      Bu gün Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad keçiriləcək.

      Bakıvaxtı.az xəbər verir ki, parad bir azdan televiziyalarla canlı yayımlanacaq.


      SON XƏBƏRLƏR

      07 Noyabr 2025