• Bakı 12° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Gürcüstanda iş adamından pul tələb edən avtoritetin əlaltıları tutuldu - VİDEO

DÜNYA

09 Noyabr 2025 | 00:08

Gürcüstanda iş adamından pul tələb edən avtoritetin əlaltıları tutuldu - VİDEO

Polis Marneuli şəhərində bir iş adamından pul tələb etməkdə iştirak edən iki nəfəri saxlayıb.  

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İstintaqın məlumatına görə, təqsirləndirilənlər müxtəlif cinayətlərə görə məhkum edilmiş və Interpolun qırmızı siyahısında axtarılan kriminal avtoritet Elmuraz Məmmədovun tapşırığı ilə hərəkət ediblər.

Sentyabr ayında cinayətkarlar avtomobil ehtiyat hissələri mağazasının fasadını atəşə tutublar. Mağaza sahibi Məmmədova 50 min dollar köçürməkdən imtina etdiyinə görə belə addım atılıb. Tapşırığın icrası üçün onlara 10 min dollar ödənilib.

 


SON XƏBƏRLƏR

08 Noyabr 2025