• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyə bizdən 600 at sifariş edib - Orban

DÜNYA

08 Dekabr 2025 | 21:25 | Müəllif: Subhan Mahmudov

Türkiyə bizdən 600 at sifariş edib - Orban

Macarıstan atçılıq sahəsində böyük uğur qazanıb. Türk jandarmı üçün 600 Nonius atı sifariş edilib və ilk onluq atlar bir neçə həftə ərzində Türkiyəyə çatdırılacaq. Deyə bilərik ki, hazırda mən Macarıstanın ən uğurlu at ticarətçisiyəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Macarıstan Baş naziri Viktor Orban Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

Xüsusi hədiyyə olaraq Orban Ərdoğana britaniyalı illüstrator Villiam Aleksandrın Osmanlı İmperiyasının geyim və gündəlik həyatını əks etdirən əsərini təqdim edib.

Bundan əlavə, 2023-cü ildə Budapeştdə Ərdoğana verilmiş “Főúr” adlı atın vəziyyəti ilə maraqlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026