• Bakı C

    9.83 m/s

  • USD - 1.7

    EUR - 2.0045

    RUB - 2.1798

ABŞ G20 sammitində iştirak etməyəcək

DÜNYA

08 Noyabr 2025 | 18:00

ABŞ G20 sammitində iştirak etməyəcək

G20-nin Cənubi Afrikada keçirilməsi tamamilə rüsvayçılıqdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində yazıb. O bildirib ki, niderlandlı köçkünlərin, eləcə də fransız və alman immiqrantlarının nəslindən olan afrikanerlər öldürülür, torpaqları və fermaları qanunsuz olaraq müsadirə olunur.

"Burada insan haqlarının pozulması davam etdiyi müddətcə heç bir ABŞ hökumət rəsmisi bu tədbirdə iştirak etməyəcək. 2026-cı ildə Florida ştatının Mayami şəhərində G20-yə ev sahibliyi etməyi səbirsizliklə gözləyirəm",- deyə Tramp əlavə edib.

Qeyd edək ki, G20 sammiti noyabrın 22-23-də Yohannesburqda keçiriləcək.(


SON XƏBƏRLƏR

24 Dekabr 2025