• Bakı 10° C

    12.89 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Londonda Zelenskinin iştirakı ilə dördtərəfli danışıqlar başlayır

DÜNYA

08 Dekabr 2025 | 17:44

Londonda Zelenskinin iştirakı ilə dördtərəfli danışıqlar başlayır

Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Ukrayna Prezidenti Volodimir Zelenski Dauninq Stritə gəliblər, onları Böyük Britaniyanın Baş naziri Kir Starmer qarşılayıb.

Bakıvaxtı.az xəbər verir ki, liderlər jurnalistlərin suallarına cavab vermədən binaya daxil olub.

Britaniya, Fransa və Almaniya liderləri Zelenski ilə Ağ Evin təklif etdiyi sülh planı ilə əlaqədar Floridadakı Ukrayna və ABŞ danışıqlarının nəticələrini müzakirə etməyi planlaşdırırlar.


SON XƏBƏRLƏR