• Bakı C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Zelenski sülh üçün şərtini açıqladı

DÜNYA

07 Yanvar 2026 | 15:18

Zelenski sülh üçün şərtini açıqladı

Bu gün Parisdə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçiriləcək görüşdə ərazi və Zaporojye Atom Elektrik Stansiyasının (AES) istismarı məsələləri müzakirə olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Bu gün artıq Rüstəm Umerovdan Fransada çalışan Ukrayna komandasının işi ilə bağlı ilk məruzə oldu. ABŞ Prezidentinin nümayəndələri ilə növbəti danışıqlar sessiyası keçiriləcək, bu, son iki gün ərzində üçüncü belə görüşdür. Ümid edirik ki, müharibənin başa çatdırılmasına dair əsas çərçivənin ən çətin məsələləri, xüsusilə Zaporojye AES və ərazi məsələləri müzakirə olunacaq”, - o deyib.

Zelenski komandasına Ukrayna, digər Avropa dövlətləri və ABŞ arasında liderlər səviyyəsində mümkün görüş formatlarını müzakirə etməyi tapşırıb.

Prezident vurğulayıb ki, Ukrayna ən çətin məsələlərdən yayınmır və heç vaxt sülhə maneə olmayacaq: “Sülh ləyaqətli olmalıdır. Bu da tərəfdaşlardan, onların Rusiyanın müharibəni bitirməyə hazır olmasını təmin edib-etməyəcəklərindən asılıdır”./Teleqraf 


SON XƏBƏRLƏR