"Avropa İttifaqında (Aİ) güclü lider yoxdur".
Bakıvaxtı.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tacani deyib.
Onun fikrincə, indiki formada Avropa İttifaqı digər əsas oyunçularla bərabər səviyyədə ola bilməz.
"Bizim bacarıqlı milli liderlərimiz var, lakin bizdə (İtaliyanın 1945-ci ildən 1953-cü ilə qədərki Baş naziri) Alcide De Gasperi, (keçmiş Almaniya kansleri) Helmut Kol və ya (keçmiş Fransa prezidenti) Fransua Mitteran kimi şəxsiyyətlər yoxdur", - nazir qeyd edib.
Tacani əlavə edib ki, Aİ bürokratik deyil, daha çox siyasi birlik olmalıdır. Baş nazirin müavini həmçinin Avropa Komissiyası və Avropa Şurası rəhbərlərinin rollarının birləşdirilməsini və həmin vəzifəyə namizədin vətəndaşlar tərəfindən seçilməsini təklif edib.
O əmindir ki, ABŞ Avropanın əsas strateji tərəfdaşı olaraq qalacaq.
Əli Hüseynov
Bakı 



