İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Xatəmi ölkədə baş verən etirazlarla bağlı açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.
Onun sözlərinə görə, etirazlar istənilən ölkə üçün normal və təbii haldır:
"Qeyri-adi və qəbuledilməz olan isə etirazların qısa müddətdə iğtişaşlara çevrilməsidir. Bu cür hadisələr İran xalqının mədəniyyəti və xarakterinə uyğun deyil, açıq şəkildə düşmən qüvvələr tərəfindən planlaşdırılıb".
M. Xatəmi xəbərdarlıq edərək deyib ki, əgər düşmən tərəf hansısa səhvə yol verərsə, İran buna daha sərt və qətiyyətli cavab verəcək:
"İstənilən təcavüzkarın əlini kəsəcəyik"./Teleqraf
Bakı 




