• Bakı C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

Güllələnən general QRU rəisinin birinci müavini imiş - FOTO - YENİLƏNİB

DÜNYA

06 Fevral 2026 | 12:11

Güllələnən general QRU rəisinin birinci müavini imiş - FOTO - YENİLƏNİB

Moskvada sui-qəsdə uğrayan Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyev Rusiya Baş Qərargahı Baş Kəşfiyyat İdarəsi (QRU) rəisinin birinci müavini imiş.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs general evindən çıxarkən ona bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.

Zərərçəkən təcili olaraq xəstəxanaya yerləşdirilib, onun vəziyyəti və hadisənin təfərrüatları hələlik məlum deyil.

İstintaq Komitəsində qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.

***

11:47

Rusiya Müdafiə Nazirliyinin general-leytenantı Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi edilib.

Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, general Moskvanın şimal-qərbində  evinin yaxınlığında güllələnib və xəstəxanaya yerləşdirilib.

Məlumata görə, naməlum şəxs generala kürək nahiyəsindən bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb.

Hazırda cinayət işi açılıb və hüquq-mühafizə orqanları atəş açan şəxsi axtarır.


SON XƏBƏRLƏR

05 Fevral 2026