• Bakı C

    7.22 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

Əli Şəmxani İran Müdafiə Şurasının katibi təyin edildi 

DÜNYA

06 Fevral 2026 | 09:41

Əli Şəmxani İran Müdafiə Şurasının katibi təyin edildi 

İran Prezidenti Məsud Pezeşkian Ali dini lider Əli Xameneinin siyasi müşaviri kontr-admiral Əli Şamxanini yeni vəzifəyə təyin edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Məsud Pezeşkian bildirib.

Müvafiq fərmana əsasən, Şamxani İslam Respublikası Müdafiə Şurasının katibi vəzifəsini icra etməyə başlayıb.

Bu təyinat regional və beynəlxalq təhlükəsizlik sahəsindəki çətinliklər fonunda baş tutub. Şamxani İranın hərbi və siyasi rəhbərliyində mühüm fiqur hesab olunur. O, uzun illər Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb.

Müdafiə Şurasının əsas vəzifələrinə ölkənin müdafiə qabiliyyətini gücləndirmək, yeni təhdidlərə qarşı mübarizə aparmaq, eləcə də müdafiə qərarlarının qəbul edilməsini əlaqələndirmək və təkmilləşdirmək daxildir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

05 Fevral 2026