• Bakı C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Tayvan heç vaxt dövlət olmayıb və olmayacaq - Çin XİN başçısı

DÜNYA

08 Mart 2026 | 09:14

Tayvan heç vaxt dövlət olmayıb və olmayacaq - Çin XİN başçısı

Tayvan heç vaxt müstəqil dövlət olmayıb və olmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ mətbuat konfransında bildirib.

    Nazirin sözlərinə görə, Tayvan qədim dövrlərdən etibarən Çinin ayrılmaz ərazisi hesab olunur, indi və gələcəkdə ayrıca dövlət statusu ala bilməz.

    Van İ qeyd edib ki, Tayvanın Çin tərkibinə qayıtması Çin xalqının Yaponiyaya qarşı müharibədə qələbəsinin, həmçinin İkinci Dünya müharibəsinin nəticələrinin bir hissəsidir.

    O vurğulayıb ki, Yaponiyanın kapitulyasiya aktı, həmçinin BMT Baş Assambleyasının 2758 saylı qətnaməsi və digər beynəlxalq hüquqi sənədlər Tayvanın statusunu açıq şəkildə təsdiqləyir.

    “Beynəlxalq münasibətlərdə ‘iki Çin’ və ya ‘bir Çin – bir Tayvan’ modelini yaratmaq cəhdləri uğursuzluğa məhkumdur”, – deyə Çin XİN rəhbəri bildirib.


    SON XƏBƏRLƏR

    07 Mart 2026