• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.959

    RUB - 2.1258

Tramp daha bir ölkənin prezidenti olmaq istəyir

DÜNYA

06 Aprel 2026 | 23:42

Tramp daha bir ölkənin prezidenti olmaq istəyir

İrandakı vəziyyətlə bağlı mətbuat konfransı zamanı ABŞ prezidenti Donald Tramp Yaxın Şərqdəki münaqişədən sonra ispan dilini öyrənəcəyini və Venesuela prezidentliyinə namizəd olmağa çalışacağını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, daha sonra o bunu zarafatla dediyini bildirib.

"Bunu bitirdikdən sonra Venesuelaya gedə bilərəm. Prezidentliyə namizəd olacağam", - deyə o qeyd edib.

Amerika lideri ictimaiyyəti "dilləri yaxşı bildiyinə" görə tez bir zamanda ispan dilini öyrənəcəyinə əmin edib.


SON XƏBƏRLƏR

06 Aprel 2026