Ermənistan Respublikası xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan İrəvan Dialoqu beynəlxalq konfransında iştirak etmək üçün Ermənistana gələn Türkmənistan xarici işlər nazirinin müavini Əhməd Qurbanovla görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, görüşdə Türkmənistandan Ermənistana yanacaq idxalının perspektivləri müzakirə olunub.
Görüş zamanı tərəflər qarşıdan gələn tədbirlər və qarşılıqlı səfərlər daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də çoxtərəfli forumlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Tərəflər həmçinin Ermənistan və Azərbaycan arasında mövcud sülh şəraitində yaranan imkanları, o cümlədən Türkmənistandan Ermənistana yanacaq idxalının perspektivlərini müzakirə ediblər.
Bakı 




