ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlar və İranın mayın ortalarına qədər müharibəni dayandıracaq bir saziş imzalana biləcəyini istisna etməyib.
Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə PBS yayım şirkətinə müsahibəsində danışıb.
O, mayın 14-15-də Çinə planlaşdırılan rəsmi səfərindən əvvəl Tehranla razılığın əldə olunmasının mümkünlüyünü təsdiqləyib.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt də prezidentin may ayında Pekinə gedəcəyini və orada Çin lideri Si Cinpinlə mühüm görüş keçirəcəyini bildirib. Səfər ərəfəsində İranla gərginliyin azaldılması Vaşinqtonun əsas prioritetlərindən biri kimi görünür.
"Axios" portalının məlumatına görə isə, tərəflər arasında sülh sazişinin detalları üzrə danışıqlar Pakistan və ya İsveçrədə baş tuta bilər.
Xatırladaq ki, ABŞ 14 bənddən ibarət olan və 30 günlük danışıqlar dövrünü nəzərdə tutan bir səhifəlik memorandumla bağlı yaxın 48 saat ərzində Tehrandan cavab gözləyir.
Bakı 




