• Bakı C

    7.22 m/s

  • USD - 1.7

    EUR - 2.0039

    RUB - 2.2215

"Amazon"un satış mənfəəti artıb, investisiya planları açıqlanıb

DÜNYA

06 Fevral 2026 | 09:56

Amazonun satış mənfəəti artıb, investisiya planları açıqlanıb

ABŞ-nin elektron ticarət nəhəngi "Amazon"un xalis satışları ötən ilin dördüncü rübündə 213,4 milyard dollar, xalis mənfəəti isə 21,2 milyard dollar olub.

Bakıvaxtı.az xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə satışların təxminən 14 faiz, mənfəətin isə 6 faiz artması deməkdir.

Məlumata görə, şirkətin 2025-ci il üzrə xalis satışları 717 milyard dollar, xalis mənfəəti isə 77,7 milyard dollar təşkil edib.

"Amazon" bu ilin ilk rübündə 173,5–178,5 milyard dollar arasında satış gözləyir və kapital xərclərini 200 milyard dollar səviyyəsində proqnozlaşdırır.

Baş direktor Endi Cassi bildirib ki, süni intellekt, robototexnika və aşağı orbitli peyklər sahələrinə investisiyalar uzunmüddətli gəlir gətirəcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 Fevral 2026