• Bakı C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

II Qaregin Moskvaya qaça bilər

DÜNYA

07 Yanvar 2026 | 14:35

II Qaregin Moskvaya qaça bilər

“Ermənistan Baş naziri Nikol Paşinyan və on arxiyepiskop tərəfindən hazırlanıb imzalanmış yol xəritəsi katolikos II Qareginin vəzifədən azad edilməsi ilə bağlı addımların ardıcıllığını göstərir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu erməni siyasi ekspert Davit Stepanyan deyib.

Ekspert katolikosun hökumətə qarşı mümkün addımları ilə bağlı qeyd edib:

“Başqa addım olan-olmayanı toplayıb, qapını bərk çırparaq Moskvaya getmək ola bilər. Ya da qalıb kilsəni parçalamağa davam etmək - bu isə faciəvi hal olardı. Əgər artıq Ermənistanın müdafiə naziri Moskvadan təyin edilmirsə, katolikos da Moskvanın təyin etdiyi adam olmamalıdır”.

Stepanyanın əlavə edib ki, erməni kilsəsinin hazırkı rəhbərliyi Moskvanın maraqlarına xidmət edir./Teleqraf


SON XƏBƏRLƏR