• Bakı C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Fransa ABŞ-nin Qrenlandiya planına qarşı plan hazırlayır

DÜNYA

07 Yanvar 2026 | 13:51

Fransa ABŞ-nin Qrenlandiya planına qarşı plan hazırlayır

Fransa tərəfdaşları ilə birgə ABŞ-ın Qrenlandiyanı ələ keçirmək təhdidlərinə həyata keçirəcəyi hal üçün tədbirlər planı üzərində işləyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters“ Fransanın xarici işlər naziri Jan-Noel Barroya istinadən məlumat yayıb.

Barro qeyd edib ki, ABŞ-ın Qrenlandiyanı ələ keçirməsi halı üçün hazırlanacaq plan bu gün Parisdə baş tutacaq Almaniya və Polşa xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.

Nazirin sözlərinə görə, avropalılar Qrenlandiya məsələsində ehtiyatlı olmalı və ABŞ-dan gələn bəzi səs-küylü bəyanatları şişirtməməlidirlər. Eyni zamanda, Barro vurğulayıb ki, hərbi müdaxilə ABŞ tərəfindən dəstəklənən yanaşma deyil.

“Dünən dövlət katibi Marko Rubio ilə telefon danışığı apardım. O, təsdiqlədi ki, ABŞ tərəfindən dəstəklənən yanaşma bu deyil. O, Qrenlandiyada Venesuelada baş verənlərin təkrar olunmasını istisna etdi,” – Barro bildirib.

Xatırladaq ki, ABŞ Ağ Evin mətbuat katibi Qrenlandiyanın ələ keçirilməsi üçün ABŞ Silahlı Qüvvələrinin istifadə olunmasını istina etməmişdi./APA 
 


SON XƏBƏRLƏR