• Bakı 11° C

    10.39 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Dövlət dili, milli kimlik və medianın strateji rolu: Real çağırışlar

CƏMİYYƏT

08 Yanvar 2026 | 10:12

Dövlət dili, milli kimlik və medianın strateji rolu: Real çağırışlar

“Dövlət dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara müsahibəsində ətraflı danışması, yeni informasiyalar verməsi, həmçinin, praktiki təkliflər səsləndirməsi, bu məsələyə ali səviyyədə göstərilən həssaslığın göstəricisidir”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında “Türküstan” Media Qrupunun baş redaktörü Aqil Camal söyləyib.

Onun sözlərinə görə, bu gün qloballaşma, texnoloji inkişaf, informasiya sərhədlərinin şəffaf olması dilə yeniliklər gətirməklə bərabər, təhdidləri, zərərləri də gətirir:

“Ona görə də, dövlət dilinin qorunmasına və inkişafına məsul olan qurumlar müasir çağırışları vaxtında qiymətləndirib dinamik şəkildə çalışmalıdır. Burada, ilk növbədə, yeni söz yaradıcılığı dilimizi yad elementlərdən qoruya bilər”.

Ölkə başçısının dillə bağlı budəfəki fikirlərində daha çox Azərbaycandan kənarda yaşayan soydaşlarımıza mesajlar göndərdiyini deyən Aqil Camal qeyd edib ki, bu sahədə görülməli işlər daha çoxdur:

“Prezident dəfələrlə çıxışlarında azərbaycanlılar haqqında danışarkən “50 milyon” ifadəsini işlədib. Son müsahibəsində də, bu rəqəmə istinad etdi. Bəllidir ki, 50 milyonun 40 milyonu İranda - Güney Azərbaycanda öz tarixi torpaqlarında yaşayır. Eynilə, Borçalıda, Dərbəddə yaşayan soydaşlarımız dədə-baba torpaqlarında sakin olsalar da, Azərbaycan ədəbi dilinin yazı və poetik təsir dairəsindən kənarda qalıblar”.

Aqil Camal: Dövlət dilinin qorunmasına və inkişafına məsul olan qurumlar müasir çağırışları vaxtında qiymətləndirib dinamik şəkildə çalışmalıdır

Müsahibimiz vurğulayıb ki, son yüz ildə təkmilləşmiş, cilalanmış, zənginləşmiş Azərbaycan dilinin 50 milyonun vahid ədəbi dili səviyyəsinə yüksəldilməsi üçün bu gün ölkə mediasının, xüsusilə, televiziya kanallarının üzərinə böyük iş düşür:

“Bu gün qeyd etdiyimiz ölkələrdə və ya, bölgələrdə yaşayan soydaşlarımız Azərbaycan televiziyalarını izləyirlər. Telekanalların üzərinə bu məsələdə iki vəzifə düşür: Birincisi, ədəbi dil qaydalarına riayət etmək, yanlış örnək verməmək. İkincisi, xaricdəki soydaşlarımız üçün xüsusi dil proqramları, TV dərslər hazırlamaq. Prezident də son müsahibəsində dilin qorunması və təşviqində jurnalistlərin, televiziya kanallarının rolunu xüsusi qeyd etdi”.

Murad Məmmədli


SON XƏBƏRLƏR

08 Yanvar 2026