• Bakı 22° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Maşını narkotik maddələrin təsiri altında idarə edən şəxs həbs edilib

CƏMİYYƏT

07 Fevral 2026 | 10:00 | Müəllif: Zeynəb Rzayeva

Maşını narkotik maddələrin təsiri altında idarə edən şəxs həbs edilib

Cəlilabad rayonu ərazisində "Vaz 2106" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Zamiq Səfərovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib.

    Nəticədə həmin şəxsin psixotrop maddə metamfetamin və marixuana istifadə etdiyi müəyyənləşib.

    Məhkəmənin qərarı ilə Z.Səfərov 15 gün müddətinə inzibati həbs olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Sentyabr 2026