• Bakı 7° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Göygöldə maşın piyadanı vurub, vəziyyəti ağırdır

CƏMİYYƏT

09 Mart 2026 | 09:28 | Müəllif: Zeynəb Rzayeva

Göygöldə maşın piyadanı vurub, vəziyyəti ağırdır

Göygöldə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan "Hyundai" markalı minik maşını yolu keçmək istəyən 1987-ci il təvəllüdlü N.Ələsgərovu vurub.

    Piyada dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.

    Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. (Apa)


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    25 Noyabr 2026