Fransa prezidenti Emmanuel Makron çərşənbə günü saat 8:30-da (Bakıvaxtı ilə 11:30) “İran və Yaxın Şərqdəki vəziyyət" mövzusunda milli müdafiə və təhlükəsizlik şurasının iclasını çağırıb.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Yelisey Sarayı məlumat yayıb. Məlumata görə, E.Makron görüşdə təhlükəsizlik məsələlərinə cavabdeh olan nazirləri və rəsmiləri bir araya gətirəcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı ultimatumunun sonunda bütöv bir sivilizasiyanı məhv etməklə hədələyib. İran isə bütün ssenarilərə hazır olduğunu bildirib.
Aydın Baxış
Bakı 




