• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Keçmiş deputat vəfat etdi

CƏMİYYƏT

07 Aprel 2026 | 23:46 | Müəllif: Subhan Mahmudov

Keçmiş deputat vəfat etdi

Sosial Ədalət Partiyasının sədri, Milli Məclisin keçmiş deputatı Mətləb Mütəllimli vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.

M.Mütəllimli uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Mərhum Binəqədi qəbiristanlığında dəfn olunacaq. Yas mərasimi aprelin 9-da Heydər məscidində keçiriləcək.

Qeyd edək ki, Mətləb Mütəllimli 20 may 1949-cu il tarixində Yardımlı rayonunun Horavar qəsəbəsində anadan olub. 

O, 1990-cı il parlament seçkilərində 119 nömrəli Sumqayıt-Tələbə şəhər seçki dairəsi üzrə Azərbaycan Xalq Cəbhəsinin üzvü olaraq deputat seçilib. 

M.Mütəllimli bir müddət Baş prokurorun birinci müavini vəzifəsində işləyib. O, 9 noyabr 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin sərəncamı ilə vəzifəsindən azad edilib. 

1995-ci il noyabrın 26-da baş tutan təkrar parlament seçkilərində 40 nömrəli Sumqayıt III dairəsindən bitərəf namizədi olan Mətləb Mütəllmli I çağırış Milli Məclisin deputatı seçilib.

Ailəli idi, üç övladı var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026