• Bakı C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı göndəriləcək

CƏMİYYƏT

09 Mart 2026 | 09:50

Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı göndəriləcək

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 7 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistana göndəriləcək taxılın ümumi çəkisi 488 tondur.

Daha sonra qatar "Böyük Kəsik" stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Qeyd edək ki, sonuncu dəfə fevralın 4-də Azərbaycan ərazisindən keçməklə Ermənistana 560 ton Rusiya taxılı daşıyan 8 vaqondan ibarət yük qatarı yola salınıb.


SON XƏBƏRLƏR

08 Mart 2026