• Bakı 11° C

    10.39 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanıldı

HADİSƏ

08 Yanvar 2026 | 10:42

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanıldı

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər.

Tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini 45 yaşlı Emil Xəlilov saxlanılıb.

Ondan ümumilikdə 14 kiloqram 815 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb. E.Xəlilovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
 


SON XƏBƏRLƏR

08 Yanvar 2026